23 oktyabr 2024. Çərşənbə

Reşford Ronaldonun rekorduna şərik oldu


  • Avroliqa
  • 17:14 09.04.2021
  • Oxunma sayı: 282
Reşford Ronaldonun rekorduna şərik oldu

“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında  “Qranada"ya qalib gəlib.

Corner.az “squawka” portalına istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən qarşılaşmada ilk qolu vuran Markus Reşford rekorda imza atıb.

23 yaşlı hücumçu bu mövsüm avrokuboklarda vurduğu qolların sayını 8-ə çatdırıb. İngiltərə millisinin üzvü “Mançester Yunayted”in heyətində avrokuboklarda bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna şərik olub. Reşford, bu göstəricidə “qırmızı şeytanlar”ın sabiq futbolçusu Kriştiano Ronaldoya çatıb. 36 yaşlı portuqaliyalı hücumçu Mançester Yunayted forması ilə 2007/08 mövsümündə avrokuboklarda 8 qol vurmuşdu.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi