23 oktyabr 2024. Çərşənbə

UEFA İbrahimoviçə görə klubu cərimələdi


  • Avroliqa
  • 12:45 15.04.2021
  • Oxunma sayı: 819
UEFA İbrahimoviçə görə klubu cərimələdi

UEFA Serbiyanın "Srvena Zvezda" klubunu 25 min avro məbləğində cərimələyib.

Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb "Milan"a qarşı Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda baş verən hadisələr olub.

Milan'ın hücumçusu Zlatan İbrahimoviç qarşılaşmada təhqir olunub. Görüş azarkeşsiz keçirilsə də, yerli fanatlar tribunaya girməyi bacararaq, oyunçunun ünvanına nalayiq ifadələr işlədiblər.

Klub karantin qaydalarına riayət edilmədiyi üçün əlavə 5 min avro ödəyəcək. "Srvena Zvezda" növbəti avrokubok oyununu da azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İtaliyadakı cavab görüşündə 1:1 hesabı ilə bərabərə qalan "Milan" 1/8 finala yüksəlib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi