23 oktyabr 2024. Çərşənbə

Avroliqada yarımfinalçılar bəlli oldu


  • Avroliqa
  • 00:59 16.04.2021
  • Oxunma sayı: 2012
Avroliqada yarımfinalçılar bəlli oldu
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.
 
“Roma” səfərdə məğlub etdiyi “Ayaks”la bu dəfə doğma meydanda qarşılaşıb. Bu qarşılaşma heç-heçə yekunlaşıb. “Mançester Yunayted” isə “Qranada” ilə cavab görüşündə ilk oyunda qazandığı üstünlüyünü qorumağa çalışıb. Cavab matçında da iki cavabsız qolla qələbə qazanan "qırmızı şeytanlar" yarımfinala vəsiqə qazanıb.
 
“Vilyarreal” Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib. İspaniya təmsilçisi də hər iki oyunu qələbə ilə başa vurmaqla mərhələ adlayıb.  “Arsenal” isə ilk oyunda qalib gələ bilmədiyi Praqa “Slaviya”sını səfərdə darmadağınla qalib gələrək yarımfinala adlayıb.
 
Yarımfinalda “Roma” “Mançester Yunayted”lə, “Arsenal” isə “Vilyarreal”la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.
 
Avropa Liqası
1/4 finalın cavab oyunları
15 aprel
 
“Roma” (İtaliya) – “Ayaks” (Niderland) 1:1 (ilk oyun 2:1)
Qol: Dzeko, 72 – Brobbi, 49.

“Mançester Yunayted” (İngiltərə) – “Qranada” (İspaniya) 2:0 (2:0)
Qol: Kavani, 6. Valyexo, 90-öz qapısına.

“Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) 0:4 (1:1)
Qol: Pepe, 18. Lakazette, 21; 77. Saka, 24.

“Vilyarreal” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:1 (1:0)
Qol: Alkaser, 36. Moreno, 43 - Orşiç, 74.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi