23 oktyabr 2024. Çərşənbə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:23 16.04.2021
  • Oxunma sayı: 828
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. 

Corner.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab görüşlərindən sonra müəyyənləşib.

Namizədlər siyahısında "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka, "Roma" klubunun hücumçusu Edin Ceko, "Vilyarreal"ın forvardı Jerar Moreno və "Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka yer alır.

Saka Çexiyanın paytaxtı Praqada "Slaviya"nı 4:0, Van-Bissaka isə evdə İspaniya "Qranada"sını 2:0 hesabı ilə yendikləri oyunda qollardan birinin müəllifi olub. Ceko evdə Niderland "Ayaks"ı ilə 1:1 hesablı heç-heçə, Moreno isə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalibin adı UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, yarımfinalda "Vilyarreal" "Arsenal"a, "Roma" isə "Mançester Yunayted"ə rəqib olub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi