- Avroliqa
- 01:59 28.11.2025
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Avropa Liqasının yarımfinal mərhələsində “Roma”ya qarşı keçirəcəkləri oyunlarla bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan norveçli mütəxəssis, “Roma” ilə matçları səbirsizliklə gözlədiklərini deyib:
“Roma” ilə döyüşü səbirsizliklə gözləyirik. “Roma” keçmişi olan klubdur. Final mərhələsinə yüksəlmək üçün mübarizə aparacağıq. Mövsümü titulla bitirsək, əla olar”.
Qeyd edək ki, “Mançester Yunayted”lə “Roma” arasındakı matçlar aprelin 29-da və mayın 6-da keçiriləcək.