- Avroliqa
- 01:59 28.11.2025
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Corner.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Mançester Yunayted” klubu doğma meydanda “Roma” ilə üz-üzə gəlib. Mançesterlilər doğma meydanda darmadağınla qalib gəlib. Digər yarımfinal görüşü isə “Vilyarreal” ilə “Arsenal” klubları arasında baş tutub. Bu oyunda da meydan sahibləri qələbə qazanıb.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 6-da keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
29 aprel
Mançester Yunayted (İngiltərə) – Roma (İtaliya) 6:2
Qol: B.Fernandes, 9; 71-pen. Kavani, 48; 64. Poqba, 75. Qrinvud, 86 – Pelleqrini, 15-pen. Dzeko, 34.
Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə) 2:1
Qol: Triqeros, 5. Albiol, 29 – Pepe, 73.