- Avroliqa
- 15:52 28.01.2026
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Corner.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və eyni saatda start götürülüb.
“Mançester Yunayted” doğma meydanda darmadağınla qalib gəldiyi “Roma” ilə bu dəfə səfərdə üz-üzə gəlib. “Canavarlar”ın bu görüşdə möcüzə etməsi o qədər də gözlənilən deyildi. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşsa da, finala qonaqlar çıxıblar.
Digər yarımfinal görüşü isə “Vilyarreal” ilə “Arsenal” klubları arasında baş tutub. İlk oyunda ispanlar qələbə qazansa da, “topçular”ın da finala çıxmaq şansı daha yüksək idi. Amma görüşdə ümumiyyətlə qapılara qol vurulmayıb və İspaniya təmsilçisi finala yüksəlib.
Qeyd edək ki, Avroliqanın final qarşılaşması mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
6 may
Roma (İtaliya) – Mançester Yunayted (İngiltərə) 3:2
Qol: Dzeko, 57. Kristante, 60. Zalevski, 83 – Kavani, 39; 68.
İlk oyun – 2:6.
Arsenal (İngiltərə) – Vilyarreal (İspaniya) 0:0
İlk oyun – 1:2.