29 yanvar 2026. Cümə axşamı

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:54 07.05.2021
  • Oxunma sayı: 257
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada "Mançester Yunayted"dən Edinson Kavani, "Arsenal"dan Pablo Mari, "Roma"dan Brian Kristante və "Vilyarreal"dan Raul Albiol iddia edir.

Kavani "Roma"ya 2:3 hesabı ilə məğlub olduqları oyunda dubl edib. Kristante də həmin qarşılaşmada fərqlənib.

Albiolun ötürmələrinin 80 faizi "Arsenal"la görüşdə dəqiq alınıb. Pablo Mari həmin dueldə 90 faiz dəqiq ötürmə ilə oynayıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.







Avroliqa