- Avroliqa
- 15:52 28.01.2026
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Avropa Liqasının finalında “Vilyarreal”ına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, UEFA-nın saytına açıqlama verən norveçli mütəxəssis, kuboku qazanmağın onlar üçün çox vacib olduğunu bildirib:
“Mançester Yunayted”in Avropa turnirlərində beş kuboku var. Komanda Çempionlar Liqasının finalında iki dəfə “Barselona”ya uduzub. Avropa Liqasının finalı bizim üçün vacibdir. Bu, gələcəyə atılmış böyük addım ola bilər.
Son bir neçə ildə komandanı yenidən qurduq və ümid edirəm ki, titul qazanaraq böyük bir tarixin başlanğıcını qoyarıq. Futbolçular “Mançester Yunayted”ə qələbə qazanmaq üçün gəlirlər.
“Mançester Yunayted” dünyanın ən yaxşı klubudur. Üzərimizdə davamlı təzyiqlər var və futbolçular bunun öhdəsindən gəlməyə hazırdırlar”.
Qeyd edək ki, bu gün keçiriləcək “Vilyarreal” – “Mançester Yunayted” matçı saat 23:00-da start götürəcək.