7 may 2026. Cümə axşamı

Emeri Avropa Liqasında rekordçu oldu


  • Avroliqa
  • 10:04 27.05.2021
  • Oxunma sayı: 235
Emeri Avropa Liqasında rekordçu oldu

Unay Emeri UEFA Avropa Liqasını qazanan ilk baş məşqçi kimi tarixə düşüb.

Corner.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis turnirin dördüncü dəfə qalibi olaraq, mütləq rekorda imza atıb. 49 yaşlı mütəxəssis bu dəfə "Vilyarreal"a titulun sahibi olub. Onun komandası finalda "Mançester Yunayted"i əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan matçın penaltilər seriyasında üstələyib - 11:10. Daha 3 kuboku isə Emeri "Sevilya"nı çalışdırırkən qazanıb.

Bu göstəricidə ikinci yerdə Covanni Trapattoni qərarlaşıb. Joze Mourinyo, Dieqo Simeone, Rafael Benites, Xuande Ramos və Luis Molovninin isə 2 kuboku var.

Qeyd edək ki, final qarşılaşması Polşanın Qdansk şəhərindəki "Enerqa Qdansk" stadionunda keçirilib.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"