23 oktyabr 2024. Çərşənbə

Penaltilər seriyası lotoreya deyil, yaxşı başın olmalıdır


  • Avroliqa
  • 10:16 27.05.2021
  • Oxunma sayı: 165
Penaltilər seriyası lotoreya deyil, yaxşı başın olmalıdır

"Düşünürəm ki, futbolçular turnir ərzində güclü komanda ruhu sərgilədilər. Necə rəqabət aparacağımızı, qol vuracağımızı yaxşı bilirdik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının finalında "Mançester Yunayted" klubu üzərində qələbəni şərh edərkən deyib.

49 yaşlı mütəxəssis rəqibdən daha yaxşı təsir bağışladıqlarını bildirib: "Penaltilər seriyası lotoreya deyil, bu vəziyyətdə qol vura bilmək üçün yaxşı başın olmalıdır. Oyunçularım hər şeyi yüksək səviyyədə etdilər. Onlarla qürur duyuram".

Qeyd edək ki, həlledici matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından penaltilər seriyasında daha dəqiq oynayan (11:10) İspaniya təmsilçisi titula sahib çıxıb. 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi