3 noyabr 2026. Çərşənbə axşamı

AL-da həftənin ən yaxşısı açıqlandı


  • Avroliqa
  • 17:25 27.05.2021
  • Oxunma sayı: 307
AL-da həftənin ən yaxşısı açıqlandı

UEFA Avropa Liqasında final oyunundan sonra həftənin futbolçusu açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu layiq görülüb.

32 yaşlı fransalı oyunçunun "Mançester Yunayted" klubu ilə həlledici matçda ötürmə dəqiqliyi 81 faiz təşkil edib.

Qeyd edək ki, Polşanın Qdansk stadionunda keçirilmiş qarşılaşmanın əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Vilyarreal" "Mançester Yunayted"ə 11:10 hesabı ilə qalib gəlib.







Avroliqa