- Avroliqa
- 22:51 05.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveci Bakıya səfər edəcək.
Corner.az Bakı-2019 Avropa Liqası Əməliyyat Komitəsinə istinadən xəbər verir ki, martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, “Beşiktaş”, “Villarreal”, “Real Sociedad” kimi klublarda çıxış edən türk futbolunun əfsanəsi Nihat Kahveci də iştirak edəcək. Bu oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.
Qeyd edək ki, N.Kahvecidən başqa sabiq futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze də yoldaşlıq oyununda iştirak edəcək.