22 oktyabr 2024. Çərşənbə axşamı

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb


  • Avroliqa
  • 10:38 22.02.2019
  • Oxunma sayı: 610
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Corner.az “Report”a  istinadən xəbər verir ki, namizədlər sırasında iranlı hücumçu Sərdar Azmun (“Zenit”, “Rusiya”), zambiyalı forvard Patson Daka (“Zaltsburq”, Avstriya), ispaniyalı yarımmüdafiəçi Pablo Sarabiya (“Sevilya”, İspaniya) və ingiltərəli cinah yarımmüdafiəçisi Kallum Hadson-Odoi (“Çelsi”, İngiltərə) yer alıb.

S.Azmun Türkiyənin “Fənərbağça” komandasını 3:1 hesabı ilə məğlub etdikləri oyunda dubl və bir məhsuldar iki ötürmə ilə yadda qalıb. P.Daka Belçika “Brügge”sini 4 cavabsız qolla üstələdikləri matçda 2 top vurub. P.Sarabiyanın qolu və məhsuldar ötürməsi komandasının İtaliyanın “Latsio” kollektivini udmağa kömək edib – 2:0. K.Hadson-Odoi isə Norveç “Malmö”sünə 3 qol vurduqları qarşılaşmada 1 dəfə fərqlənib.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi