23 oktyabr 2024. Çərşənbə

Neftçi'nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu


  • Avroliqa
  • 15:15 19.07.2021
  • Oxunma sayı: 182
Neftçi'nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.

Flaqmanlar Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una məğlub olarsa, AL-in III raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqası

III təsnifat mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün məğlubu - “Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün məğlubu

"Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu - "Ferentsvaroş" / "Jalgiris" (Litva) cütünün məğlubu

"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün məğlubu - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün məğlubu

“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün məğlubu - “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün məğlubu - "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu

Qeyd edək ki, bu mərhələnin matçları 5 - 12 avqustda oynanılacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi