23 oktyabr 2024. Çərşənbə

Neftçi - HİK oyununun hakimləri açıqlanıb


  • Avroliqa
  • 10:02 30.07.2021
  • Oxunma sayı: 166
Neftçi - HİK oyununun hakimləri açıqlanıb

"Neftçi"nin Finlandiyanın HİK klubuna qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyununun hakimləri bəlli olub.

Corner.az-ın məlumatına görə, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

FIFA refirisi Uilyam Kolluma Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi