23 oktyabr 2024. Çərşənbə

Neftçi - HİK: Biletlər sabahdan SATIŞDA


  • Avroliqa
  • 13:33 01.08.2021
  • Oxunma sayı: 239
Neftçi - HİK: Biletlər sabahdan SATIŞDA

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” və HİK (Finlandiya) komandaları arasında keçiriləcək ilk oyunun biletləri avqustun 2-də, saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri 8-ci km stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

Avqustun 3-də, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlayacaq







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi