23 oktyabr 2024. Çərşənbə

Finlandiya klubu Neftçi ilə oyuna itkilərlə çıxacaq


  • Avroliqa
  • 10:21 03.08.2021
  • Oxunma sayı: 155
Finlandiya klubu Neftçi ilə oyuna itkilərlə çıxacaq

Finlandiyanın HİK klubu Bakıda "Neftçi"yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.

Corner.az-ın məlumatına görə, Helsinki təmsilçisinin heyətində müdafiəçi Markus Halsti və hücumçu Atomu Tanakanın zədə səbəbindən oynamayacağı dəqiqdir.

Digər müdafiəçi Valtteri Morenin durumu hələlik bəlli deyil. Onun da eyni səbəbdən görüşü buraxacağı gözlənilir.

"Neftçi"də isə zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da oynanılacaq matç saat 21:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi