23 oktyabr 2024. Çərşənbə

Neftçi'nin legioneri xəstəliyə görə avrokubok matçını buraxacaq


  • Avroliqa
  • 20:39 03.08.2021
  • Oxunma sayı: 184
Neftçi'nin legioneri xəstəliyə görə avrokubok matçını buraxacaq

"Neftçi" Finlandiyanın HİK (Helsinki) komandasına qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi daha bir itki ilə üzləşib.

Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, portuqaliyalı futbolçu Huqo Basto qrip olduğu üçün matçı buraxacaq. Abdullayev portuqaliyalı müdafiəçinin koronavirusa yoluxmadığını, hər iki testinin mənfi çıxdığını bildirib.

"Neftçi"nin heyətində Basto ilə yanaşı, Namik Ələskərov və Mert Çelik də bu gün meydana çıxmayacaq.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - HİK görüşü saat 21:00-da başlayacaq.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi