23 oktyabr 2024. Çərşənbə

Avropa Liqası: Neftçi Finlandiya çempionu ilə heç-heçə etdi


  • Avroliqa
  • 22:58 03.08.2021
  • Oxunma sayı: 156
Avropa Liqası: Neftçi Finlandiya çempionu ilə heç-heçə etdi

Bu gün UEFA Avropa Liqasında 3-cü mərhələnin ilk oyunlarına start verilib.

Corner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də ilk matçına bu gün çıxıb. “Ağ-qaralar” Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Görüşdə qalib müəyyənləşməyib.

“Neftçi” HİK-i mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Fənərbaxça” ilə qarşılaşacaq. Bu cütün uduzan komandası isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

Avropa Liqası, 3-cü mərhələ, ilk oyunlar

3 avqust

Neftçi – HİK 2:2
Qol: Sabir Buqrin, 59. Emin Mahmudov, 80 – Roope Riski, 61. Jair, 65.
Baş hakim:
 Uilyam Kollum (Şotlandiya)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi