“UEFA Avropa Liqasının finalını Azərbaycana həvalə etməklə böyük etimad göstərdi”.
Corner.az xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun Növbəti Hesabat Konfransında söyləyib.
O, Azərbaycanın göstərilən etimadı yüksək səviyyədə doğruldacağına inandığını bildirib: “İnanıram ki, klublarımız qarşıdakı mövsümü də uğurla başa çatdıracaqlar. Millimizi böyük sınaq gözləyir. Novruz bayramı günündə Xorvatiya ilə səfər matçı keçirəcəyik. İnanıram ki, futbolçularımız ötənilki uğursuzlarımızı unutduracaqlar. AVRO-2020-yə vəsiqə qazanmaq üçün az da olsa, şansımız var. İnanıram ki, bu vəzifənin öhdəsindən gələ biləcəyik".
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
"Report"