21 noyabr 2024. Cümə axşamı

"Bakıdakı finalda Arsenal'la Zenit qarşılaşarsa, mənim üçün ideal olar" - Arshavin


  • Avroliqa
  • 13:30 04.03.2019
  • Oxunma sayı: 552
"Bakıdakı finalda Arsenal'la Zenit qarşılaşarsa, mənim üçün ideal olar" - Arshavin
“Mən dünən Bakıya gəldim və bildiyiniz kimi oyunda iştriak etdim. Bu gün də konfransdayam. Axşam növbəti lahiyə üçün görüşlərimiz olacaq”.

Corner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən Rusiya millisinin sabiq futbolçusu Andrey Arshavin AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra keçirilən brifinqdə deyib.

O, Avroliqanın finalında sabiq komandaları Arsenal'la Zenit'in qarşılaşmasını istədiyini söyləyib: “Sözsüz ki, istərdim Zenit finala çıxsın. Digər rəqib o qədər də vacib deyil. Çünki finala çıxdıqdan sonra rəqib çox da önəm kəsb etmir. Amma finalda Arsenal'la Zenit qarşılaşarsa, mənim üçün ideal olar”.

A. Arshavin Azərbaycanda futbolla bağlı tədbirlərin sayının çoxaldığını bildirib:“Mən Azərbaycanda bir dəfə olmuşam. Budəfəki gəlişimdə gördüyüm fərq ondan ibarətdir ki, futbolla bağlı tədbirlərin sayı çoxdur. Dünənki tədbir də daha çox əyləncə xarakteri daşıyır. Uşaqlar məhşur futbolçuları gördülər və oyunlarını canlı izlədilər. Mən də akrobatik zərbə ilə qol vurmaq istədim, ancaq alınmadı”.





Avroliqa