6 may 2026. Çərşənbə

Avropa Liqası: Qalatasaray Şotlandiya klubu ilə bacarmadı


  • Avroliqa
  • 00:45 06.08.2021
  • Oxunma sayı: 244
Avropa Liqası: Qalatasaray Şotlandiya klubu ilə bacarmadı

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.

Corner.az xəbər verir ki, Qazaxıstan “Kayrat”ı doğma meydanda “Alaşkert”i (Ermənistan) qəbul edib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Çempionlar Liqasında mübarizəni dayandıran “Qalatasaray” evdə Şotlandiyanın “Sent Conston” klubu ilə heç-heçə edib.

Şotlandiyanın digər təmsilçisi “Seltik” isə Çexiyada “Yablonets”lə qarşılaşıb və inamlı qələbə qazanıb. Kipr klublarından “Omoniya” evdə Estoniya “Flora”sına minimal hesabla qalib gəlibsə, “Anortosis” Avstriyada “Rapid”ə böyük hesabla məğlub olub.

Qeyd edək ki, 3-cü mərhələnin cavab oyunları avqustun 12-də baş tutacaq.

Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunları
5 avqust

Kayrat (Qazaxıstan) – Alaşkert (Ermənistan) 0:0

Yablonets (Çexiya) – Seltik (Şotlandiya) 2:4

Linkoln (Cəbəllütariq) – Slovan (Bratislava, Slovakiya) 1:3

Omoniya (Kipr) – Flora (Estoniya) 1:0

Qalatasaray (Türkiyə) – Sent Conston (Şotlandiya) 1:1

Mura (Sloveniya) – Jalgiris (Vilnüs, Litva) 0:0

Rapid (Vyana, Avstriya) – Anortosis (Kipr) 3:0







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"