- Avroliqa
- 15:52 28.01.2026
"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HİK klubu baş məşqçisi Toni Koskela ilə müqavilənin müddətini uzadıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Toni Koskela 2019-cu ilin mayından Helsinki təmsilçisinin baş məşqçi postunda çalışır. Avqustun 12-də keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Bakcell Arena"dakı ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.