29 yanvar 2026. Cümə axşamı

Avropa Liqası: Omoniya və Slovan pley-off'da!


  • Avroliqa
  • 00:52 11.08.2021
  • Oxunma sayı: 189
Avropa Liqası: Omoniya və Slovan pley-off'da!

Bu gün UEFA Avropa Liqasında 3-cü mərhələnin cavab oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Omoniya” Estoniyada “Flora”nın qonağı olub. Bu oyunun əsas vaxtı “Flora”nın 2:1 hesablı qələbəsiylə başa çatıb. Bu səbəbdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələrdə daha dəqiq olan Kipr təmsilçisi pley-offa vəsiqə qazanıb.

Digər oyunda isə “Slovan” doğma meydanda Cəbəllütariqin “Linkoln” komandasını sınağa çəkib. Bratislava təmsilçisi ilk görüşdə 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə heç-heçə edən Slovakiya klubu növbəti mərhələyə adlayıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” Finlandiyanın HJK komandası ilə cavab matçına avqustun 12-də çıxacaq. “Ağ-qaralar” Bakıdakı ilk oyunda 2:2 hesablı heç-heçə edib. Cavab matçında qələbə qazanan komanda pley-offa yüksələcək və bu mərhələdə Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gələcək.

Avropa Liqası, 3-cü mərhələ, cavab oyunları

10 avqust

Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1

Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1







Avroliqa