29 yanvar 2026. Cümə axşamı

Neftçi Namik Ələskərovu Finlandiyaya aparmır


  • Avroliqa
  • 10:34 11.08.2021
  • Oxunma sayı: 191
Neftçi Namik Ələskərovu Finlandiyaya aparmır

"Neftçi" HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Finlandiyaya yollanır.

Corner.az-ın məlumatına görə, komanda saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan səfərə çıxacaq.

"Ağ-qaralar" Helsinkiyə 2 futbolçusunu aparmayacaq. Bunlar zədədən əziyyət çəkən Namik Ələskərov və Huqo Bastodur. Ələskərov xüsusi proqram əsasında Bakıda fərdi məşq edir.

Bu gün "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və yarımmüdafiəçisi Sezar Meza Kolli oyunun keçiriləcəyi "Bolt Arena"da mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, avqustun 12 də keçiriləcək HİK-"Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.(report)







Avroliqa