23 oktyabr 2024. Çərşənbə

Toni Koskela: Neftçi ilə oyunun nəticəsi inkişaf baxımından vacibdir


  • Avroliqa
  • 10:35 11.08.2021
  • Oxunma sayı: 148
Toni Koskela: Neftçi ilə oyunun nəticəsi inkişaf baxımından vacibdir

"Daha yaxşısını edə biləcəyimizə inanıram. Bunu hiss etməyim mənim üçün çox vacibdir".

Corner.az-ın məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis bildirib ki, bu matçda qazanılacaq yaxşı nəticə komandanın inkişafı baxımından önəmlidir: "Bu yolda inam və həvəslə işimi davam etdirəcəyəm".

Qeyd edək ki, avqustun 12-də oynanılacaq HİK - "Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi