23 oktyabr 2024. Çərşənbə

Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik - Samir Abbasov


  • Avroliqa
  • 20:14 11.08.2021
  • Oxunma sayı: 174
Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik - Samir Abbasov

"Düşünürəm ki, iki fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik".

Corner.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis rəqibin yaxşı pressinq edən kollektiv olduğunu bildirib: "HİK əks hücumlara yaxşı çıxan komandadır. Birinci matçda bunun şahidi olduq. Rəqib bizə ilk oyunda problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq. Bunun bizim üçün nə qədər problem yaradacağını bilmirəm. Futbolçular özlərini yaxşı hiss edirlər. Komanda olaraq buraya niyə və hansı məqsədlər üçün gəldiyimizi bilirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik".

Abasov artıq səfər qolu üstünlüyünün ləğv edildiyini söyləyib: "Bəlkə də Bakıdakı 2:2 hesablı nəticə bizə sərf etmir. Rəqibin baş məşqçi bunun onlar üçün sərfəli nəticə olduğunu söyləmişdi. Sabah hər şeyi sıfırdan başlayacağıq. Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik. Yaxşı motivasiya və əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq".

Baş məşqçinin sözlərinə görə sabah çox şeyi həll edə bilərlər: "Bizim üzərimizdə təzyiq yoxdur. Oyunun çətinliyini başa düşürük. İnanıram ki, sabah hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Bu görüşdə çox şeyə aydınlıq gələcək. Bu gün ümumiyyətlə qayğıdan danışmaq istəmirəm. Sabah bütün Azərbaycanı təmsil edəcəyik. Bakıya yaxşı nəticə üçün qayıtmaq istəyirik. Hər nə olursa olsun məğlubiyyət pis təsir edəcək. Onların bizim üçün etdikləri, bizim etdiklərimizin yanında heçə bərabərdir".(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi