23 oktyabr 2024. Çərşənbə

Mərhələni keçmək maliyyə baxımından vacibdir - Linqman


  • Avroliqa
  • 10:02 12.08.2021
  • Oxunma sayı: 154
Mərhələni keçmək maliyyə baxımından vacibdir - Linqman

"Komandada yaxşı atmosfer var. Bu, məşqlərdə də görünür. Hamı bu oyunu gözləyir. Biz hazırıq".

Corner.az-ın məlumatına görə, bunu Finlandiyanın HİK komandasının futbolçusu Lukas Linqman klubun rəsmi saytına açıqlamasında evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, meydanda öz oyunlarını sərgiləyəcəklər: "Güclü, kompakt komandamız var. Yaxşı müdafiə olunub, fərqli hücumlar qura bilirik. Düşünürəm ki, maraqlı görüş olacaq. Mərhələni keçmək həm də maliyyə baxımından vacibdir. Buna görə də pley-offa vəsiqə qazanmaq istəyirik".

Qeyd edək ki, bu gün Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK-Neftçi qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi