23 oktyabr 2024. Çərşənbə

Neftçi Avropa Liqası ilə erkən vidalaşdı


  • Avroliqa
  • 22:03 12.08.2021
  • Oxunma sayı: 220
Neftçi Avropa Liqası ilə erkən vidalaşdı

Bu gün azərbaycan təmsilçisi “Neftçi” Avropa Liqasında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, paytaxt klubu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK klubu ilə cavab oyununu keçirib.

Bakıda baş tutan ilk oyunda qalib müəyyənləşmmişdi – 2:2. Helsinkidə keçirilən cavab görüşündə Samir Abasovun yetirmələrinə pley-offa adlamaq üçün mütləq qələbə qazanmalı idi. Amma qarşılaşma flaqmanların məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi – HJK Avropa Liqasının pley-offunda Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək. Məğlub komanda – “Neftçi” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – “HB Torshavn” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust

HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) 3:0
Qol: Riku Riski, 47; 60-pen. Roope Riski, 90.
Baş hakim: Dəniz Aytekin (Almaniya).
Helsinki Futbol Stadionu.
İlk oyun – 2:2.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi