23 oktyabr 2024. Çərşənbə

Avropa Liqası: Qalatasaray pley-off'da


  • Avroliqa
  • 09:15 13.08.2021
  • Oxunma sayı: 186
Avropa Liqası: Qalatasaray pley-off'da

Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 6 qarşılaşma keçirilib

Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” səfərdə Finlandiyanın HİK komandası ilə cavab matçına çıxıb. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan meydan sahibləri pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmaq hüququ qazanıb.

Türkiyənin “Qalatasaray” klubu Şotlandiya səfərində “Sent-Conston”ın qonağı olub. “Sarı-qırmızı”lar mərhələ adlamaq üçün mütləq qalib gəlməli idi. Komandalar arasındakı ilk matçda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə qalib gələn  İstanbul təmsilçisi pley-off'a vəsiqəni təmin edib.

Xatırladaq ki, Kiprin “Omoniya” və Slovakiyanın “Slovan” komandaları pley-offa vəsiqəni daha öncə təmin etmişdi.

Avropa Liqası
III mərhələnin cavab oyunları
10 avqust

Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1

Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1

12 avqust

Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0

HJK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2

Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3

Jalgiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0

Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1

Seltik (Şotlandiya) – Yablonets (Çexiya) 3:0
İlk oyun – 4:2







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi