23 oktyabr 2024. Çərşənbə

Avropa Liqası: Seltik'dən inamlı qələbə


  • Avroliqa
  • 01:22 19.08.2021
  • Oxunma sayı: 149
Avropa Liqası: Seltik'dən inamlı qələbə

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Şotlandiyanın “Seltik” klubu doğma meydanda Niderland “Alkmaar”ı qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbə qazanıb.

Pley-off mərhələsinin digər oyunları 19 avqustda keçiriləcək. 3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə “Fənərbaxça” ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) – ÇFR Kluj (Rumıniya) 4:0

18 avqust

Seltik (Şotlandiya) – Alkmaar (Niderland) 2:0







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi