23 oktyabr 2024. Çərşənbə

Emreli qol vurdu, Legiya Avroliqa matçından heç-heçə ilə ayrıldı


  • Avroliqa
  • 23:17 19.08.2021
  • Oxunma sayı: 188
Emreli qol vurdu, Legiya Avroliqa matçından heç-heçə ilə ayrıldı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasında növbəti matçına çıxıb.
 
Corner.az xəbər verir ki, Polşa təmsilçisi Avropa Liqasında pley-off mərhələsi çərçivəsində səfərdə Praqa “Slaviya”sı (Çexiya) ilə üz-üzə gəlib.
 
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
 
Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Görüşdə hesabı da məhz 24 yaşlı hücumçumuz açıb. O, 20-ci dəqiqədə aşırtma qolla komandasını hesabda önə keçirib.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi