23 oktyabr 2024. Çərşənbə

Avropa Liqası: Fənərbaxça'dan qələbə, Qalatasaray heç-heçə etdi


  • Avroliqa
  • 09:23 20.08.2021
  • Oxunma sayı: 151
Avropa Liqası: Fənərbaxça'dan qələbə, Qalatasaray heç-heçə etdi

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutub.

3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə səfərdə “Fənərbaxça”nın qonağı olub. İstanbul təmsilçisi bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb.

Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olub. “Sarı-qırmızılar” səfərdən heç-heçə ilə qayıdıblar.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gəlib. Dörd qolun vuruldu bu matçda da qalib müəyyənləşməyib.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) – ÇFR Kluj (Rumıniya) 4:0

18 avqust

Seltik (Şotlandiya) – Alkmaar (Niderland) 2:0

19 avqust

Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa) 2:2

Omoniya (Kipr) – Antverpen (Belçika) 4:2

Randers (Danimarka) – Qalatasaray (Türkiyə) 1:1

Mura (Sloveniya) – Şturm (Avstriya) 1:3

Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya) 1:0

Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya) 3:0

Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan) 1:0

Rapid (Avstriya) – Zarya (Ukrayna) 3:0







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi