24 noyabr 2024. Bazar günü

Arsenal uduzdu, Chelsea və Napoli'dən qələbə


  • Avroliqa
  • 02:19 08.03.2019
  • Oxunma sayı: 666
Arsenal uduzdu, Chelsea və Napoli'dən qələbə

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Corner.az xəbər verir ki, İngiltərənin Arsenal səfərdə Fransa Rennes ilə üz-üzə gəlib.Premyer liqa təmsilçisi bu görüşdən 3-1 hesablı məğlubiyyətlə ayrılıb. Londonun digər təmsilçisi Chelsea isə öz meydanında Ukraynanın Dinamo (Kiyev) klubu ilə qarşılaşıb və 3-0 hesablı inamlı qələbəyə sevinib.

Almaniyanın Eintracht klubu öz meydanında İtaliya İnter'i ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib.İspaniya təmsilçisi Sevilla ilə Praqa Slavia'sı arasındakı oyunda qapılara 4 qol vurulsa da, bu görüş də qalib müəyyənləşməyib.

İtaliyanın digər təmsilçisi Napoli isə öz doğma meydanında Salzburg'u 3-0 hesabıyla məğlub edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də keçiriləcək.

Xatırladaq ki, turnirin finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

Dinamo (Zaqreb, Xorvatiya) – Benfica (Portuqaliya) 1:0
Qol: Petkoviç, 38-pen.

Eintracht (Almaniya) – İnter (İtaliya) 0:0

Rennes (Fransa) – Arsenal (İngiltərə) 3:1
Qol: Buriqo, 42. N.Monreal, 65-öz qapısına. Sarr, 88 – İvobi, 4.

Sevilla (İspaniya) – Slavia (Praqa, Çexiya) 2:2
Qol: Ben Yedder, 1. El Haddadi, 28 – Stox, 25. Kral, 39.

Zenit (Rusiya) – Villarreal (İspaniya) 1:3
Qol: S.Azmun, 35 – İborra, 33. Moreno, 64. Morlanes, 71.

Chelsea (İngiltərə) – Dinamo (Kiyev, Ukrayna) 3:0
Qol: Pedro, 17. Villian, 65. Hadson-Odoi, 90.

Napoli (İtaliya) – Salzburg (Avstriya) 3:0
Qol: Milik, 10. Fabian, 18. Onquene, 58-öz qapısına.

Valencia (İspaniya) – Krasnodar (Rusiya) 2:1
Qol: Rodriqo, 12; 24 – Klaesson, 63.







Avroliqa