21 noyabr 2024. Cümə axşamı

Philip Ozobic "Vorskladan daha yaxşı oynadıq"


  • Avroliqa
  • 10:39 26.10.2018
  • Oxunma sayı: 715
Philip Ozobic "Vorskladan daha yaxşı oynadıq"
“Məğlubiyyət bizi məyus etdi. Fikrimcə, “Vorskla”dan daha yaxşı oynadıq”.

Corner..az-ın xəbərinə görə,  “Qarabağ”ın yarımmüdafiəçisi Philip Ozobic Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan xorvatiyalı futbolçu məğlubiyyəti bu cür şərh edib: "Rəqib cəmi bir hücum etdi və onda da qol vuraraq qalib gəldi. Qələbə qazanmağımız üçün bizdə dəqiqlik çatmadı. Halbuki meydana qalibiyyət üçün çıxmışdıq. Sadəcə, alınmadı. Bunu unudub, qarşıdakı matçları düşünməliyik. Qrup mərhələsində hələ 3 oyunumuz qalır. Həmin görüşlərdə yaxşı çıxış edib, uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Ozobic “Vorskla”nı səfərdə məğlub edə biləcəklərini söyləyib: “Vorskla” ilə səfər görüşü barədə hələ düşünmürük. Ukraynada qələbə qazana bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdir. Ondan əvvəl başqa oyunlarımız olacaq. Hələ ki, onlara hazırlaşacağıq”.






Avroliqa