23 oktyabr 2024. Çərşənbə

Mahir Emreli bizim maskotumuzdur - Legiya'nın baş məşqçisi


  • Avroliqa
  • 10:26 26.08.2021
  • Oxunma sayı: 324
Mahir Emreli bizim maskotumuzdur - Legiya'nın baş məşqçisi

"Mahir Emreli Norveçin "Budyo Qlimt" komandasına qarşı Çempionlar Liqası oyunundan öncə də mənimlə mətbuat konfransında idi. O, bizim maskotumuzdur".

Corner.az-ın məlumatına görə, bunu Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin hücumçusu ilk dəqiqələrdən meydanda ola bilər: "O, bunun üçün hər şeyi edir və deyərdim ki, şansı yüksəkdir. Lakin hazırda start heyəti ilə bağlı 2 şübhəli məqam var. Birincisi, müdafiənin mərkəzində və cinahlarında oynaya bilən Artur Yendjeyçikin heyətə daxil edilməsidir. Digər sual işarəsi isə Bartoş Slişlə əlaqədardır. O oynamasa, meydana kim çıxmalıdır? Bütün suallara oyun günü aydınlıq gələcək".

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi