23 oktyabr 2024. Çərşənbə

Emreli'nin qolları Legiya'nı Avroliqada qrup mərhələsinə çıxardı - VİDEO + YENİLƏNİB


  • Avroliqa
  • 00:33 27.08.2021
  • Oxunma sayı: 426
Emreli'nin qolları Legiya'nı Avroliqada qrup mərhələsinə çıxardı - VİDEO + YENİLƏNİB

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Avropa Liqasının qrup mərhələsinə çıxarıb .

Corner.az-ın məlumatına görə, Varşava təmsilçisi pley-off mərhələsinin cavab görüşündə doğma meydanda Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib.

24 yaşlı hücumçu matça start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Qonaqlar 45-ci dəqiqədə hesabı açsa da, azərbaycanlı forvard 59 və 70-ci dəqiqələrdə fərqlənərək komandasına inamlı qələbə qazandırıb.

Praqadakı ilk görüş 1:1 hesabı ilə başa çatmışdı. Həmin oyunda da Polşa təmsilçisinin yeganə qolunu məhz Emreli qeyd etmişdi.

***

Polşa "Legiya"sında çıxış edən azərbaycan millisinin futbolçusu Mahir Emreli komandanın heyətində növbəti qolunu vurub.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu evdə Çexiyanın "Slaviya" (Praqa) komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə fərqlənib. O, 59-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atıb - 1:1.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi