- Avroliqa
- 01:59 28.11.2025
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, bununla da qrup mərhələsinə son 10 vəsiqənin sahibi müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Çexiyanın “Slaviya” (Praqa) komandası ilə üz-üzə gəlib. Praqadakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Sözügedən qarşılaşmada ilk qolu məhz Emreli vurmuşdu. Azərbaycan millisinin hücumçusu 2:1 hesabıyla qələbə qazandıqları cavab görüşündə dubl edərək, komandasını Avroliqanın qrup mərhələsinə çıxardıb.
Türkiyə təmsilçilərindən “Fənərbaxça” Finlandiyada HJK (Helsinki), “Qalatasaray” isə İstanbulda Danimarka “Randers”i ilə qarşılaşıb. İstanbul təmsilçiləri də rəqiblərinə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
Avropa Liqası
Pley-offun cavab oyunları
26 avqust
Alaşkert (Ermənistan) – Reyncers (Şotlandiya) 0:0
İlk oyun – 0:1
HJK (Finlandiya) – Fənərbaxça (Türkiyə) 2:5
İlk oyun – 0:1
Zarya (Ukrayna) – Rapid (Vyana, Avstriya) 2:3
İlk oyun – 0:3
Qalatasaray (Türkiyə) – Randers (Danimarka) 2:1
İlk oyun – 1:1
Alkmaar (Niderland) – Seltik (Şotlandiya) 2:1
İlk oyun – 0:2
ÇFR Kluj (Rumıniya) – Srvena Zvezda (Serbiya) 1:2
İlk oyun – 0:4
Slovan (Bratislava, Slovakiya) – Olimpiakos (Yunanıstan) 2:2
İlk oyun – 0:3
Legiya (Polşa) – Slaviya (Praqa, Çexiya) 2:1
İlk oyun – 2:2
Antverpen (Belçika) – Omoniya (Kipr) 2:0 (penaltilər 3:2)
İlk oyun – 2:4
Şturm Qraz (Avstriya) – Mura (Sloveniya) 2:0
İlk oyun – 3:1