- Avroliqa
- 01:59 28.11.2025
"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional görüş oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".
Corner.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya"nın futbolçusu Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
Dubla imza atan 24 yaşlı hücumçu görüş ərzində əllərinə düşən şanslardan yararlandıqlarını sözlərini də əlavə edib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr. Futbol kollektiv oyunudur. Komanda şəklində mübarizə apardıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".
Azərbaycan millisinin futbolçusu çətin rəqiblərlə oynamağa öyrəşdiklərini vurğulayıb: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çoxlu təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Bu, elə də vacib deyil".
Qeyd edək ki, Çexiyadakı ilk matç heç-heçə yekunlaşıb - 1:1.