3 may 2026. Bazar günü

AL: Legiya Emrelini qrup oyunları üçün sifariş edib


  • Avroliqa
  • 09:44 10.09.2021
  • Oxunma sayı: 193
AL: Legiya Emrelini qrup oyunları üçün sifariş edib

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın "Legiya" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Corner.az-ın məlumatına görə, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, "Legiya" "Napoli", "Lester Siti" və "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"