- Avroliqa
- 15:52 28.01.2026
UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Corner.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı səfərdə "Spartak" (Moskva) klubunun qonağı olub. "Spartak" stadionunda oynanılan görüşdə qonaqlar minimal hesabla qalib gəlib 1:0.
Polşa təmsilçisinə qələbə gətirən qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati qeyd edib.
Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət tapsa da, başla vurduğu top dirəyə dəyib.
Qeyd edək ki, C qrupunun digər oyununda "Lester" "Napoli"sini qəbul edəcək.