- Avroliqa
- 21:00 11.11.2024
Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Corner.az xəbər verir ki, ilk oyunda səfərdə “Rennes”ə 1:3 hesabıyla uduzan İ“Arsenal” fransızları doğma azarkeşləri önündə qəbul edib və 3-0 hesabıyla qalib gələrək, mərhsaələ adlayıb.
Digər İngiltərə təmsilçisi “Chelsea” isə ilk oyunda 3:0 hesablı qələbədən sonra Kiyev səfərinə üstün yollanıb. “Zadəganlar” səfərdə darmadağınla qalib gəliblər.
İlk oyunda səfərdə “Eintracht”la qolsuz bərabərə qalan “İnter”, doğma azarkeşləri qarşısında qələbə qazanmağa çalışıb. Amma sonda sevinən tərəf Almaniya təmsilçisi olublar.
İtaliyanın digər təmsilçisi “Napoli” də səfərdə “Salzburg”a uduzsa da, səfərdə vurduğu 1 qol İtalia klubunu 1/4 finala daşıyıb.
“Sevilla” səfərdə “Slavia” ilə üz-üzə gəlib. Əlavə vaxta gedən bu oyunda Praqa təmsilçisi rəqibini 4-3 hesabıyla məğlub etməklə gecənin sensasiyasına imza atıb.
Günün digər oyunlarında “Valencia” “Krasnodar”ı, “Villarreal” “Zenit”i, “Benfica” Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdırıb.
Avropa Liqası, 1/8 final, cavab oyunları
14 mart
Dinamo (Kiyev, Ukrayna) – Chelsea (İngiltərə) 0:5
Qol: Jiru, 5; 33; 59. M.Alonso, 59. Hadson-Odoi, 78.
(İlk oyun – 0:3)
Krasnodar (Rusiya) – Valencia (İspaniya) 1:1
Qol: Süleymanov, 85 – Quedes, 90+3.
(İlk oyun – 1:2)
Salzburg (Avstriya) – Napoli (İtaliya) 3:1
Qol: Dabbur, 25. Qulbrandsen, 65. Laytqeb, 90 – Milik, 14.
(İlk oyun – 0:3)
Arsenal (İngiltərə) – Rennes (Fransa) 3:0
Qol: Obameyanq, 5; 72. Meytland-Naylz, 15.
(İlk oyun – 1:3)
Benfica (Portuqaliya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0
Qol: Jonas, 71. F.Ferreyra, 94. Qrimaldo, 105.
(İlk oyun – 0:1)
İnter (İtaliya) – Eintracht (Frankfurt, Almaniya) 0:1
Qol: Yoviç, 6.
(İlk oyun – 0:0)
Slavia (Praqa, Çexiya) – Sevilla (İspaniya) 3:0
Qol: Nqadjui, 14. Şuçek, 47-pen. Van Buren, 102. Traore, 120 – Ben Yedder, 44-pen. El Haddadi, 54. F.Vaskes, 98.
(İlk oyun – 2:2)
Villarreal (İspaniya) – Zenit (Rusiya) 2:1
Qol: Moreno, 29. Bakka, 47 – İvanoviç, 90.
(İlk oyun – 3:1)