Sarri: "Bakı finalında olmağımız məni xoşbəxt edəcək"
-
Avroliqa
-
12:52 15.03.2019
-
Oxunma sayı: 537
İngiltərənin "Chelsea" klubunun baş məşqçisi Maurizio Sarri Bakıda keçiriləcək Avropa Liqasının final oyununda qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb.Corner.az "Mirror"a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə 1/8 finalda səfərdə 5:0 hesabı ilə məğlub etdikləri Ukrayna "Dinamo"su ilə matçdan sonra məlumat verib. O, final matçına kimi sabiq komandası "Napoli" ilə düşmək istədiyini söyləyib.İtaliyalı baş məşqçi Neapol təmsilçisi ilə finalda qarşılaşmağı üstün tutduğunu vurğulayıb: "Bu finalda olmağımız məni xoşbəxt edəcək. "Napoli"nin də həlledici qarşılaşmada olmasından məmnun olacağam".Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 1/4 final mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Maurizio Sarri "Napoli"yə 2015 - 2018-ci illərdə rəhbərlik edib.