20 iyun 2026. Şənbə

Marsel - Qalatasaray oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib


  • Avroliqa
  • 22:43 28.09.2021
  • Oxunma sayı: 192
Marsel - Qalatasaray oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Fransada "Marsel" və "Qalatasaray" arasında keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

Corner.az "Fanatik"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları iki komandanın azarkeşləri arasında baş verə biləcək qarşıdurmadan narahat olduğu üçün bu addımı atıb. Son vaxtlar Fransada futbol matçları zamanı azarkeşlər arasında tez-tez insident yaşanır.

Bu məqsədlə polislər qarşılaşmanın oynanılacağı "Velodrom" stadionu və ətrafında, həmçinin şəhərin mərkəzində gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Marsel" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa