29 yanvar 2026. Cümə axşamı

Lester'in hücumçusunu Polşaya buraxmadılar


  • Avroliqa
  • 11:38 30.09.2021
  • Oxunma sayı: 172
Lester'in hücumçusunu Polşaya buraxmadılar

İngiltərənin “Lester” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Legiya” ilə qarşılaşacaq.

Corner.az xəbər verir ki, “tülkülər”in hücumçusu Keleçi İheanaço Varşava təmsilçisi ilə oyunu buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, 24 yaşlı nigeriyalı futbolçunun viza problemləri səbəbindən Polşaya gedə bilmədiyi diqqətə çatdırılıb.

Bu gün keçiriləcək “Legiya” – “Lester” matçı saat 20:45-də başlayacaq. “Legiya”da azərbaycanlı hücumçu Mahir Emreli çıxış edir.







Avroliqa