23 oktyabr 2024. Çərşənbə

Lester'lə oyundan maksimum zövq almalıyıq - Emreli


  • Avroliqa
  • 20:56 30.09.2021
  • Oxunma sayı: 144
Lester'lə oyundan maksimum zövq almalıyıq - Emreli

Hazırda narahat olmaq üçün vaxt yoxdur. Bu gün "Lester" ilə oynayırıq, sonra Qdanska gedəcəyik. Məğlub olsaq, bunun fərqi olacaqmı?".

Corner.az-ın məlumatına görə, bu sözləri Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə İngiltərənin "Lester" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup oyunu ərəfəsində klubun rəsmi saytına müsahibəsində deyib.

24 yaşlı hücumçu qarşıda komandasını iki möhtəşəm görüş gözlədiyini bildirib: "Ölkə çempionatı yeni başlayıb. Nəticələr IX deyil, sonuncu turdan sonra bəlli olur. Çempionluq titulu ilə bağlı olduqca sakitəm. Əlbəttə, indi sizə 100 faiz deyə bilmərəm ki, biz çempion olacağıq. Bu, təvazökarlıqdan uzaq olar. Amma özümü əmin və sakit hiss edirəm. Oyunçuların futbola fərqli yanaşmaları olur. Məsələn, mən sakit olmalıyam ki, hazırda beləyəm. Öz işimizi görməli, keyfiyyətimizi nümayiş etdirməli və titullar qazanmalıyıq".

Emreli çempionat və avrokubok matçları arasında heç bir fərq qoymadığını sözlərini də əlavə edib: "Naim Süleymanoğlunu tanıyırsınız? Türkiyənin üçqat olimpiya çempionudur. Bu oğlan hansı yarışa gedirdisə, dünya rekordunu qırırdı. Bu idmançı haqqında bir filmə baxmışam. Anası deyir ki, oğlum yarışda qələbə qazansa, qalib olacaq. Əks təqdirdə də qalib sayılacaq. Çünki artıq dünya rekordu var, buna görə də heç kim ondan artıq çəkini qaldırmayacaq. Nə olursa olsun, onun gözündə Süleymanoğlu hər zaman qalib idi. Bizdə də vəziyyət tam olaraq belədir. Mənim üçün "Lester"lə avrokubok və ya "Rakov"la çempionat oyununun çox da fərqi yoxdur".

Azərbaycan millisinin futbolçusu İngiltərə təmsilçisinin keyfiyyətli komanda olduğunu vurğulayıb: "Əlbəttə, bu, başqa səviyyədir. Premyer Liqanı qazanıblar, heyətində heyrətamiz qabiliyyəti olan oyunçular var. Futbolçular yalnız 90 dəqiqədən zövq alır. Karyerası sona yaxınlaşan futbolçularla oynamışam. Heç biri futbolla vidalaşmaq istəmir. Mümkün qədər çox oynamaq arzusunda olur. Həvəskar klubda oynasanız da, sevdiyiniz işi görmək şansınız var. Niyə özünüzə təzyiq edirsiniz? Bəli, "Lester" ən yaxşı komandalardan biridir. Bəs sonra? Meydana çıxıb oyundan maksimum zövq almalısan. Axı, bu cür matçlar bayrama bənzəyir. Ekzotik, qeyri -adi bir şeydir. Azarkeşlərimiz də qrupda güclü komandalar istəyirdilər. Bu gün neçə bilet satılıb? Hamısı. İnsanlar stadiona "Lester"in oyunçularını izləmək üçün deyil, bu anı yaşamaq üçün gəlirlər. Biz isə eyni şeyi etməliyik. Meydana gülərüz çıxmalı və bütün gücümüzü ortaya qoymalıyıq. Nəticənin necə olacağını bilmirəm. Amma hələlik hesab 0:0-dır. Elə deyilmi"?

Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Lester" oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi