9 may 2026. Şənbə

Mahir Emreli avrokubokların qrup mərhələsində ilk dəfə fərqləndi


  • Avroliqa
  • 22:50 30.09.2021
  • Oxunma sayı: 177
Mahir Emreli avrokubokların qrup mərhələsində ilk dəfə fərqləndi

"Legiya"nın futbolçusu Mahir Emreli avrokubokların qrup mərhələlərində ilk qolunu vurub.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu buna İngiltərə "Lester"inə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.

Azərbaycan millisinin üzvü 31-ci dəqiqəsində fərqlənərək, komandasına qələbə qazandıran qolu vurub - 1:0.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır. Mahir Emreli 2015-ci ildən 2021-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. O, bu müddət ərzində qrup mərhələlərində rəqib qapılarına yol tapa bilməyib.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"