23 oktyabr 2024. Çərşənbə

Emreli qol vurdu, Legiya Lester'i məğlub etdi


  • Avroliqa
  • 23:35 30.09.2021
  • Oxunma sayı: 140
Emreli qol vurdu, Legiya Lester'i məğlub etdi
Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya” da növbəti matçına çıxıb.
 
Polşa çempionu doğma meydanda “Lester Siti”ni (İngiltərə) qəbul edib. Qarşılaşma Polşa çempionunun minimal hesablı qələbəsiylə yekunlaşıb – 1:0.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb, komandasının qələbə qolunu vurub və 84-cü dəqiqədə əvəzlənib. Azərbaycan millisinin üzvü 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qrup mərhələsində keçirdiyi hər iki oyundan qalib ayrılan “Legiya” hazırda 6 xalla liderdir. 






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi