23 oktyabr 2024. Çərşənbə

Marsel - Qalatasaray oyunundakı hadisələrə görə 5 azarkeş saxlanılıb


  • Avroliqa
  • 12:50 01.10.2021
  • Oxunma sayı: 147
Marsel - Qalatasaray oyunundakı hadisələrə görə 5 azarkeş saxlanılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransanın "Marsel" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı oyunda baş verən hadisələrə görə 5 nəfər saxlanılıb.

Corner.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub. Hüquq-mühafizə orqanlarının isə 4 əməkdaşı yaralanıb.

Xatırladaq ki, görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi